BDU-nun tələbələri "Üç rəngin kölgəsində!" adlı fləşmob keçiriblər

BDU-nun tələbələri "Üç rəngin kölgəsində!" adlı fləşmob keçiriblər
14:22 9 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) "Üç rəngin kölgəsində!" adlı fləşmob həyata keçirib.
"Report" xəbər verir ki, qurum 23 mindən çox universitet tələbəsinin diqqətini 9 noyabr -Dövlət Bayrağı Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir addım atıb.
BDU THİK-in sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Üç rəngin könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib. 
Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən dövlət bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər. 
Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.











Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bdu-nun-telebeleri-uc-rengin-kolgesinde-adli-flesmob-keciribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR