BDU-da “Üç rəngin kölgəsində” adlı fləşmob keçirib (FOTO)

BDU-da “Üç rəngin kölgəsində” adlı fləşmob keçirib (FOTO)
14:43 9 Noyabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi "Üç rəngin kölgəsində!" adlı fleşmob keçirib.

BDU-dan Trend-ə verilən məlumata görə, fleşmobun məqsədi BDU-nun 24 mindən çox tələbəsinin diqqətini 9 noyabr Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə dəstək vermək olub.

BDU THİK sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Bayraq Könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib. Fləşmob çərçivəsində 2000-dən çox pəncərədən Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb. Həmçinin rəsm klubunun fəalları 300-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fleşmoba dəstək veriblər.

Sosial mediada sürətlə paylaşılan fleşmobun rəsmləri və videoları böyük marağa səbəb olub, BDU-nun 30 mindən çox müəllim və tələbə heyəti tərəfindən xüsusi maraqla qarşılanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3146458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR