Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi - VİDEO

Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi - VİDEO
14:47 9 Noyabr 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda qeyri-leqal fəaliyyət göstərən mərc oyunları şəbəkəsinə polis tərəfindən həyata keçirilən əməliyyatın videogörüntüsü yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 41 şəxs saxlanılıb. Şübhəlilər pulları lüks bir mənzildə paltar şkafında gizlədiblər.

Əməliyyat zamanı şkafdan 3 milyon 128  min lirə (təxminən 900 min AZN)  pul ələ keçirilib.

Qeyd edək ki, İstanbul Kiber Hücumlara Qarşı Mübarizə Şöbə  Müdürlüyü həmin şəbəkə üzvlərini 6 ay izləyib. İstintaq zamanı şübhəlilərdən birinin FETO üzvü olduğu da  ortaya çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR