Salyanda "VAZ" aşdı, ölən və yaralanan var

Salyanda "VAZ" aşdı, ölən və yaralanan var
15:15 9 Noyabr 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3146423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR