3 gündə 3 kiloqram arıqlayın

3 gündə 3 kiloqram arıqlayın
15:27 9 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Qısa zamanda çəki verib, eyni zamanda toksinlərdən qurtulmaq istəyirsiz?

Milli.Az axşam.az-a istinadən sizə alma pəhrizini təqdim edir.

Bu pəhrizlə 3 gün ərzində 3 kiloqram çəki vermək mümkündür. Eyni zamanda alma bədəninizi toksinlərdən azad edib özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.

Səhər:
1 kasa hazır yulaf əzməsinin içərisinə 1 ədəd rəndələnmiş alma və yarım fincan yağsız süd əlavə edin yeyin. İstəyə bağlı olaraq şəkərsiz çay və ya kofe için.

Ara:
2 ədəd qoz və ya fındıq, 1 fincan yaşıl çay

Nahar:
2 ədəd yaşıl alma,  1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt

Ara:
2-3 ədəd badam, bir fincan şəkərsiz kofe

Axşam:
2 ədəd yaşıl alma,  1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt

Gün ərzində ən az 2 litr su için. Bu pəhrizə əməl edərkən yorucu idman hərəkətləri etmək olmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR