Türkiyə ilə ABŞ arasında kritik görüş - FOTO

Türkiyə ilə ABŞ arasında kritik görüş - FOTO
15:48 9 Noyabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

PKK/PYD-YPG terrorçularının təhlükəsizlik bölgədən tam çıxmamasının ardından Türkiyənin ABŞ və Rusiya ilə diplomatik müzakirələri yenidən sürətlənib. Belə kritik görüşlərdən biri bu gün Türkiyə ilə ABŞ arasında baş tutub.

Publika.az xəbər verir ki, Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri ilə görüşüb. Türkiyə vaxtı ilə saat 10:30-da başlayan görüş təxminən 1,5 saat davam edib və mətbuat üçün qapalı olub.

Müzakirələrin detalları açıqlanmasa da, görüşdə təhlükəsiz bölgə, Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri, İdlibdəki son vəziyyət və Suriyada siyasi həll yolları barədə fikir mübadiləsinin aparıldığı bildirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/295652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR