Böhran qızışır: Saakaşvili Kişinyova getdi

Böhran qızışır: Saakaşvili Kişinyova getdi
15:52 9 Noyabr 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kişinyova gedib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Ernest Vardanyan deyib. O, Saakaşvilinin ölkədəki böhran zamanı Kişinyova gəlməsinin təsadüf olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Kişinyovda yeni daxili siyasi böhran başlayıb. Belə ki, parlamentdəki Sosialistlər Fraksiyası Maya Sandunun hökumətinə qarşı etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış edib. Saakaşvili Sandu hökumətinə dəstək verib və ona təcrübəsiylə yardım etməyə hazır olduğunu söyləyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR