Nazirlikdən reklam olunan dərmanla bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi qurumun adından arıqladıcı dərmanların reklam olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, bəzi KİV-də (instagram) Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub.

"Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR