Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq
16:22 9 Noyabr 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: "Respublika Müalicə Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib. Dələduzlar Rusiyanın baş uşaq onkoloqu olan Mamed Əliyevin şəklini paylaşaraq arıqlamaq üçün dərman preparatının satışını həyata keçirmək istəyiblər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR