9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında

9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında
17:12 9 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin 09 noyabr tarixində AR-ın Misirdəki Səfirliyinin Azərbaycan Dövlət Bayraq Günü bayramı ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə yayılmışdır.

Məqalədə 9 Noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü olduğu, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalaması, həmin ilin dekabrın 4-də isə Milli Məclisin noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirməsi bağlı məlumatlar öz əksini tapmışdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirməsi, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilməsi, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənməsi, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək, onu dövlət bayrağı elan etməsi məqalədə xüsusi olaraq vurğulanmışdır.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi "türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin olması da ayrıca olaraq qeyd edilmişdir.

Linklər əlavə olunur:

https://www.gomhuriaonline.com/إذربيجان%20تحتفل%20بيوم%20العلم%20%20والشعب%20يجدد%20دعمه%20للرئيس%20علييف/502462.html
https://egyptnewnews.com/newspaper/أذربيجان-تحتفل-غدا-بيوم-علم-الدولة/
http://elhayaahnews.com/archives/22228
https://elwatnlife.com/أذربيجان-تحتفل-بيوم-عَلَم-الدولة/
https://westelbaled.com/2019/11/غدا-السبت-أذربيجان-تحتفل-بيوم-عَلَم-ال/
http://www.alwasela.com/380854
http://www.sonaworldnewsagency.com/٩-نوفمبر-أذربيجان-تحتفل-بيوم-عَلَم-الد/

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR