Xərçəngdən qoruyur, arıqlamağa kömək edir

Xərçəngdən qoruyur, arıqlamağa kömək edir
17:32 9 Noyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Kətan toxumunun faydaları saymaqla bitmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgər vegeterian qidalanmanı üstün tutursunuzsa, kətan toxumu ilə omeqa-3 ehtiyacınızı tam şəkildə qarşılaya bilərsiniz.

Bu toxum eyni zamanda liqnan qaynağıdır. Liqnan xərçəng riskini azaldan, antioksidant və estrogen xüsusiyyətlərə sahib birləşmədir. Maraqlıdır ki, kətan toxumunun tərkibində digər bitkilərdən 800 dəfə çox liqnan var. Araşdırmalara görə, bu bitkidən istifadə edən qadınlarda döş xərçənginə yoluxma riski olduqca aşağıdır.

Pəhrizdə olanlar da bu toxumun faydalarından yararlanmalıdır. Toxum su ilə birlikdə qəbul edildikdə mədədə şişərək toxluq hissi yaradır. Eyni zamanda şəkəri tənzimləyərək, tez-tez acmağınızın qarşısını alır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR