İnsanın naməlum əcdadı tapıldı

İnsanın naməlum əcdadı tapıldı
18:05 9 Noyabr 2019
154 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə  yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məqalə "Nature" jurnalında dərc olunub.

Ətrafların sümüklərinin saxlandığı yeni növ "Danuvius guggenmosi" adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın  baş barmağı var idi ki, bu da "D. Guggenmosi"nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.

Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən  dördayaqlı primatdan yaranıb. Lakin "D. Guggenmosi" həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR