Dilarə Kazımova estetik əməliyyatla bağlı suallara aydınlıq gətirdi

Dilarə Kazımova estetik əməliyyatla bağlı suallara aydınlıq gətirdi
18:22 9 Noyabr 2019
122 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Dilarə Kazımova ona dəfələrlə ünvanlanan estetik əməliyyatla bağlı suallara aydınlıq gətirib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, müğənni bu haqda öz "Instagram" hesabında paylaşım edib:

"Mənə tez-tez sual verirlər: "Estetik əməliyyat keçirmisiniz? Bu suala yeganə cavabım budur: "Xeyr!" Səbəblərini indi sizə sadalayıram.

1. Mən əməliyyat prosesslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm.

2. Mən özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim:

Özünüzü sevin. Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdeal olmaq bizim öz əlimizdədir.

PS. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə, mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm. Və məni narahat edən məqamdan azad olaram".

Qeyd edək ki, Dilarə Kazımova 2014-cü ildə "Ukraynanın səsi", "1+1" layihələrinin iştirakçısı olub. Elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb. Hazırda o, solo karyerasını davam etdirir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR