Nazirlikdə ictimai müzakirə - FOTO

Nazirlikdə ictimai müzakirə - FOTO
18:33 9 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verir.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, bu istiqamətdə növbəti addım kimi, nazirlikdə pensiya sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə dair ictimai müzakirə təşkil olunub.

Görüşdə pensiya təminatı sahəsində aparılan islahatlar barədə məlumat verilib. Bu islahat tədbirlərinin hazırlanması və həyata keçirilməsi işlərində vətəndaş cəmiyyətlərinin fəal iştirakına şərait yaradılmasının diqqətdə saxlandığı vurğulanıb. QHT nümayəndələri belə ictimai müzakirələrin təşkilinin sosial sahədə islahatlar prosesində müsbət nəticələrə nail olunmasında əhəmiyyətini vurğulayıb.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb. Pensiya təminatının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qeyd edilib, bu sahənin inkişaf perspektivləri və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərinə dair təklif və tövsiyələr irəli sürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/295653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR