Uber, 2019-cu ilin üçüncü rübündə 1,1 milyard dollar itirdi

Uber, 2019-cu ilin üçüncü rübündə 1,1 milyard dollar itirdi
19:47 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

San-Fransiskoda yerləşən Uber nəqliyyat şirkəti 2019-cu ilin üçüncü rübü üçün maliyyə balansını açıqlayıb. Firmanın gəliri illik hesablamada 30 faiz artaraq, üçüncü rübdə Wall-Street-in gözləntilərini 3,69 milyard dollar üstələyərək 3,81 milyard dollara çatıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, Uber səhm üzrə gəlir və gəlir üçün nəzərdə tutulan məbləğdən daha yüksək nəticə göstərə bildi, lakin üçüncü rübdə itirilən 1,16 milyard dollar şirkətin səhmlərinin bazar sonrası əməliyyatlarda 7 faiz azalmasına səbəb olub. Artıq güclü təzyiq altında olan Uber keçən ilin may ayından etibarən IPO-dan bəri təxminən 30 faiz ucuzlaşdı.

Cari maliyyə hesabatları Uber-in mümkün qədər tez gəlir qazanmaq üçün yol tapmalı olduğunu göstərir. Amerikalı şirkətin baş direktoru Dara Khosrowshahi hesab edir ki, 2012-ci il ərzində Uber EBİTDA əsasında gəlir qazanacaq. Əməliyyat zərərlərini azaltmağa çalışan Uber, iyul ayından etibarən 1000-dən çox işçini işdən çıxardı. Bu da öz növbəsində şirkətin ümumi işçi qüvvəsinin 2 faizini təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR