Peyğəmbərin xanımlarının və bəzi səhabələrin ünvanına tənqid və təhqirlər səsləndirmək icazəlidirmi?

Peyğəmbərin xanımlarının və bəzi səhabələrin ünvanına tənqid və təhqirlər səsləndirmək icazəlidirmi?
19:52 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İslam dini hər zaman təhqirin əleyhinə olmuşdur. İstər Peyğəmbərin xanımlarını, istər İslamın ilk dövrlərində yaşamış şəxsləri, istərsə də digər müsəlmanları, hətta qeyri-müsəlmanları da təhqir etmək, söymək olmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu, müsəlmana yaraşan hərəkət deyil. Peyğəmbərin xanımları, o həzrətin namusu olduqları üçün, onların ünvanına təhqirli ifadələr işlətmək xüsusilə ağır məsuliyyətdir. Bununla belə, tarixi hadisələrə tənqidi yanaşmaq, şəxsiyyətlərin tarixdə ifa etdikləri rolu müsbət və ya mənfi cəhətdən dəyərləndirmək günah deyil. Amma bu işi mütəxəssislərin etməsi lazımdır. Tarixi hadisələrdən xəbəri olmayan, səhih mənbələrə əli çatmayan, mənbələrin etibarlılıq dərəcəsini dəyərləndirməyi bacarmadan hər oxuduğu və eşitdyi sözü nəql edən şəxslərin bu işlə məşğul olması şox təhlükəlidir. Hətta mütəxəssislər belə, bu mövzularda danışarkən, şəraiti nəzərə almalıdırlar. Əgər bu kimi mövzular müsəlmanların vəhdətinə zərər vuracaqsa, faydası ziyanından daha çox olacaqsa, qarşılıqlı təhqirlərə yol açacaqsa, bundan çəkinmək lazımdır. Böyük alimlərimiz və müctəhidlərimiz də bunu buyurmuşlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR