Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb

Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb
20:02 9 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir sakini evinin həyətində işləyərkən nərdivandan yıxılaraq ağır xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.
Kənd sakini, 55 yaşlı Rəsulova Əfsanə Tacəddin qızı nərdivanla evinin dam örtüyünü təmizləyərkən yıxılıb və ağır xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.
Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-55-yasli-qadin-ehtiyatsizliqdan-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR