Lightyear One aerodinamika çempionu olub - FOTO

Lightyear One aerodinamika çempionu olub - FOTO
20:05 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Niderlandda hazırlanmış Lightyear One elektrokarı çox kiçik aerodinamik müqavimət əmsalı ilə öyünərək bu göstəriciyə görə lider olduğunu bəyan edib. Bu əmsal həqiqətən də seriya avtomobilləri üçün rekord göstəricidir. Məsələn, Tesla Mode 3 elektrokarında bu göstərici 0,23, Porsche Taycan modelində isə 0,22-yə bərabərdir.

Lightyear startapının komandasına belə əmsalı əldə etməyə elektromobilin damcışəkilli forması, təkər tağlarında hava burulğanlaşmasının qarşısını alan arxa təkərlərin aerodinamik örtmələri, həmçinin ənənəvi güzgülərin kameralarla əvəzlənməsi imkan verib.  Yalnız iki avtomobil 0,20-dən aşağı əmsala malikdirlər. Bunlar kiçik seriya ilə buraxılmış GM EV1 (0,19) və Volkswagen XL1 (0,189) modelləridir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Lightyear One modelinin qabarit uzunluğu 5057 mm, eni - 1898 mm, hündürlüyü isə 1426 mm təşkil edir.  Liftbek dörd elektromotor (hər təkərdə biri) və 725 kilometrlik (WLTP) yürüş məsafəsini təmin edəcək batareyalar ilə təchiz edilir. Hələlik istehsalçı batareyanın həcmini açıqlamayıb. Bununla belə, şirkət elektrokarın 100 km/saat həddinə 10 saniyəyə sürətləndiyini bildirib.

Dam və kapot üzərində quraşdırılmış günəş panelləri sayəsində avtomobil əlavə yürüş kilometrlərinə malikdir. Günəşli regionların sakinləri ildə 20 min kilometr "havayı" yürüş əldə edə bilərlər. Tutqun havası ilə seçilən regionlarda bu rəqəm bir qədər az olacaqdır. Məsələn, qışda Niderlandda panellər gündə 7 kilometrlik yürüş məsafəsini təmin edəcəklər. Günəş panellərinin hasil etdiyi enerjidən istifadə edərək elektromobili 15-20 km/saata qədər sürətləndirmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR