Şirkət məşhur aktrisaya 200 min avtomobili satmadı - FOTO

Şirkət məşhur aktrisaya 200 min avtomobili satmadı - FOTO
20:33 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli aktrisa Demet Özdemir yeni avtomobil almaq fikrinə düşüb.

Publika.az xəbər verir ki, aktrisanın bəyəndiyi “Mercedes” markalı avtomobil gözlədiyindən bahalı olub.

O, 700 min TL (təxminən, 207 min manat) dəyərindəki avtomobili endirimlə əldə etmək üçün işə aktyor dostunu cəlb edib. Avtomobili satan şirkətlə tanışlığı olan dostun “məşhurluq endirimi” təklifi də işə yaramayıb. Şirkət təklif edilən 600 min TL məbləğə razılıq verməyib.

Demet isə bu cavabdan sonra avtomobili almaq niyyətindən daşınıb.

Qeyd edək ki, Demet Özdemir İbrahim Çelikkolla baş rollarını paylaşdığı “Evim” serialı ilə ekranlara geri qayıdacaq. Tv8-də yayımlanacaq serial 2 ay ərzində tamaşaçıların görüşünə gələcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/295671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR