Yeniyetmələrə siqaret satan 3 mağaza cərimələndi

Yeniyetmələrə siqaret satan 3 mağaza cərimələndi
20:43 9 Noyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 3 mağaza cərimələnib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/295672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR