Dünyanın ilk 5G əlaqəli uzaqdan idarəli USM əməliyyatı

Dünyanın ilk 5G əlaqəli uzaqdan idarəli USM əməliyyatı
20:57 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Çində bir xəstəxana, 5G şəbəkə üzərindən dünyanın ilk uzaqdan əməliyyatı reallaşdırdı. USM əməliyyatı, xəstəxanadan 30 kilometr uzaqlıqdakı bir mərkəzdən idarə edildi.

Şanhay Syuyhuey Bölgəsi Mərkəzi Xəstəxanası, 5G şəbəkəsi üzərindən uzaqdan reallaşdırılan dünyanın ilk USM əməliyyatını tamamladı. Əməliyyat xəstəxananın əməliyyatxanasında reallaşdırılsa da, prosesə 30 km uzaqlıqdakı Şanhay Beynəlxalq Tibb Mərkəzindən (SIMC) nəzarət edildi.

Əməliyyatı bu ayın əvvəlindən edən Şanhay Syuyhuey Bölgəsi Mərkəzi Xəstəxanasında elm sahəsi başçısı Syu Yonqhua bu barədə belə deyib: "Keçmişdə, xəstələrin yanında olmaq məcburiyyətindəydim və əməliyyatları reallaşdırarkən verdikləri cavabları yaxından izləyirdim, ancaq bundan sonra problemsiz ünsiyyət təmin edən 5G-nin köməyiylə əməliyyatları xəstələrdən yüzlərlə kilometr uzaqda edə bilərəm".

Ancaq, bu uğur yalnız 5G texnologiyasını istifadə edilərək əldə edilə bilən vəziyyətdədir. 4G şəbəkələrinin gecikməsi 5G şəbəkələrinə görə daha çox olduğu üçün, xəstə nəfəs alarkən bədənini yüngülcə hərəkət etdirsə belə səhvlər meydana gələ bilər və bu səhvlərə hər hansı bir gecikməklə cavab vermək ciddi nəticələr doğura bilər. Syu bu barədə belə dedi: "Əməliyyatımızda mütləq bir həssaslığa ehtiyacımız var və bu həssaslıq sayəsində, normal toxuma və orqanlara zərər verməkdən çəkinirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR