"Araz-Naxçıvan" və "Azərbaycan"ın veteran futbolçuları yoldaşlıq görüşü keçirib

"Araz-Naxçıvan" və "Azərbaycan"ın veteran futbolçuları yoldaşlıq görüşü keçirib
21:02 9 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvanda "Araz-Naxçıvan" və "Azərbaycan" komandalarının veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib.
"Report" xəbər verir ki, 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan matç muxtar respublikanın stadionunda baş tutub.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri və eyni zamanda Naxçıvan MR Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb. O, Dövlət Bayraq Günü münasibətilə hər kəsi təbrik edərək onlara fikirlərini bölüşüb. 
Ölkəmizdə və eləcə də muxtar respublikada idmanın bütün sahələrinə olduğu kimi futbola da xüsusi önəm verildiyini bildirən A.Cabbarov bölgədə futbolun yüksəlişi üçün dövlətimizin dəstəyi ilə məqsədyönlü addımlar atıldığını və bu sahədə səmərələri işlərin davam etdirildiyini diqqətə çatdırıb:
Sonra matça start verilib. İlk hissədə azarkeşlər maraqlı oyun izləsə də, hər iki tərəfin qol cəhdləri bəhrəsiz qalıb. İkinci hissədə hücumların kəsərini artıran futbolçular azarkeşləri sevindiriblər. Azərbaycan millisinin heyətində İlham Yadullayev ilk qolun müəllifi olub. Görüşün sonlarında “Araz-Naxçıvan”dan Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyən edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.









Xəbərin orijinal ünvanı: https://report.az/futbol/araz-naxcivan-ve-azerbaycan-in-veteran-futbolculari-yoldasliq-goru

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR