Yaşı 120-dən çox olan avtomobil markaları

Yaşı 120-dən çox olan avtomobil markaları
21:22 9 Noyabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün yüzlərlə avtomobil markası mövcuddur. Bütün şirkətlər kimi avtomobil istehsal edən şirkətlər öz aralarında illər boyu rəqabət aparıblar. Bəziləri bu rəqabətə tab gətirməyib sıradan çıxır, bəziləri isə onilliklər boyu fəaliyyət göstərir və hələ də yüksək keyfiyyətli avtomobillər istehsal etməkdə davam edir. TED.az uzun illər boyu rəqabətə tab gətirən bir neçə avtomobil markasını sizə təqdim edir.

1."Land Rover" markasının əslində bir qədər qarışıq keçmişi var. Milli.Az ted.az-a istinadən bildirir ki, bu marka "Lancashire Steam Motor Company" adı altında 1896-cı ildə fəaliyyətə başalyıb. Fəaliyyəti boyu bir çox fərqli ada sahib olan markanın ilk istehsalı buxarla çalışan otbiçmə maşını olub. Şirkət 1907-ci ildə "Leyland", 1968-ci ildə "British Leyland", 1986-cı ildə isə "Rover Group" kimi müxtəlif adlarla fəaliyyət göstərib. Məhz "Land Rover" modeli isə ilk dəfə 1978-ci ildə meydana gəlib. Bu nəslin yeni modelinin yaxın vaxtda təqdim olunacağı gözlənilir.

2."Mercedes Benz" adı 1926-cı ildə "Benz" ilə "Daymler"in birləşməsindən sonra ortaya çıxsa da, markanın kökü daha qədimdir. Avtomobil tarixinin çox önəmli hissəsi olan markanın keçmişi, Karl Benzin aldığı patentə və "Daimler Motoren Gesselschaft" (1890-1926) şirkətinə əsaslanır. Marka, minik və yük avtomobili, həmçinin yüngül vasitələr kimi müxtəlif maşınlar istehsal edir.

3. Fransız firması olan "Peugeot"un tarixi 1810-cu ildə başlayıb. O zamanlar şirkət qəhvə üyüdücüsü, duz qabı, velosiped kimi məhsullar istehsal edirdi. 1896-cı ildə isə Armand Peugeot "Anonym des Automobiles" adlı şirkəti qurub. Sonralar motosikl istehsalına da başlayan şirkət, 1970-ci illərdə böyük bir yüksəliş yaşadı.

4. "Opel" markası 1862-ci ildə tikiş maşını istehsalı ilə fəaliyyətə başlayıb. Şirkət 1886-cı ildə velosiped, 1899-cu ildə isə avtomobil istehsal etməyə başladı. "Opel" 1913-cü ildə Almaniyanın, 1930-cu ildə isə bütün Avropanın ən böyük avtomobil istehsalçısı idi.

5. Məşhur "Renault" markası 1899-cu ildə Lui, Marsel və Fernan Renault qardaşları tərəfindən yaradılıb. Şirkət ilk dəfə "Societe Renault Freres" adı altında fəaliyyətə başlayıb. Şirkətin "Mitsubishi" və "Nissan" kimi markalarla şərikli istehsal etdiyi avtomobilləri də var. 2017-ci ildə ortaqların şərikli istehsal etdiyi avtomobillər dünya bazarında ən çox satılan vasitələr oldu.

6. "Fiat" markası "Fabbrica İtaliano Automobili Torino" adı ilə 1899-cu ildə İtaliyanın Torino şəhərində meydana gəlib.  Şirkət ikinci dünya müharibəsi zamanı böyük ziyana uğrasa da, 1950-ci ildə yenidən qurulub. 1960-cı illərdə isə məşhur marka uğurun zirvəsinə ucala bildi. Bunun başlıca səbəblərindən biri, sözsüz ki, böyük rəğbət qazanmış "Fiat 500" avtomobilidir. Həmçinin şirkət yük maşını istehsalçısı kimi də tanınır.

7. Çexiyanın avtomobil istehsalı sahəsində böyük təcrübəsi olan "Skoda"ilk dəfə 1895-ci ildə yaranıb. Şirkət əvvəllər "Laurin&Klement" adı altında fəaliyyət göstərib. O zamankı şirkətlərin çoxu kimi, bu şirkət də velosiped və motosikl istehsalı ilə məşğul olub.  1905-ci ildə isə artıq avtomobil istehsalına başlayan məşhur marka sonradan Avstraliya-Macarıstan bölgəsinin ən qabaqcıl istehsalçısına çevrildi.  1905-ci ildə "Skoda" şirkəti tərəfindən satın alınan "Laurin&Klement" bundan sonra "Skoda Auto" adı altında fəaliyyət göstərməyə başladı. 2020-ci ildə isə "Skoda" "Volkswagen"in törəmə markasına  çevrildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR