Yeni kvant batareya enerjisini itirmir

Yeni kvant batareya enerjisini itirmir
22:37 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Kanada alimləri nanomiqyaslı cihazlar üçün kvant batareyasının işləmə sxemini hazırlayıb. Mövcud analoqlardan fərqli olaraq, xarici təsirlərə qarşı həssas deyil və enerji itkisi olmadan işləyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, adi batareyalar, məsələn, litium-ion klassik elektro-kimyəvi prinsiplərə, kvant batareyaları isə, kvant mexanikasının qanunlarına əsaslanır. Bu cür batareyalar bir çox klassik cihazların, məsələn, kvant kompyuterlərinin vacib bir hissəsinə çevrilərək, müasir bərk gövdəli texnologiyalardan istifadə etməklə hazırlana bilər. Alberta və Toronto Universitetlərindən bir qrup alim, eksiton enerjisini saxlamaq üçün platforma olaraq yüksək struktur simmetriyası olan açıq kvant şəbəkəsi modelinin imkanlarını, yəni bir elektronun kifayət qədər enerji fotonunu udduğu zaman əldə edilən enerjini araşdırmışdır.

Alimlər bu modeldən istifadə edərək, ətraf mühitin təsirlərinə açıq olmasına baxmayaraq, enerjini itkisiz saxlamaq imkanını sübut etmişdir. Bu modeldən istifadə edərək tədqiqatçılar lazım olduqda saxlanılan enerjinin boşaldılması üsulunu təklif etmişdir. Bunu etmək üçün, şəbəkənin struktur simmetriyasını idarə olunan bir şəkildə pozmaq lazımdır. Alimlər gələcəkdə bu texnologiyanın praktik tətbiqi imkanlarını araşdırmaq niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR