“Digifin” 24 milyon dollar investisiya qazandı

“Digifin” 24 milyon dollar investisiya qazandı
22:47 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İlk toxum sərmayəsini alan Digifin-in, Hindistan bazarında Revolut və ya N26 kimi tam rəqəmsal olan, filialsız bank xidməti təklif etməyi gözlənilir. Rocket Internet, Matrix Partners, Sequoia Capital və fərdi investorların da daxil olduğu toxum investisiya turunda, Digifin aldığı sərmayə ilə rəqəmsal bankın qurulması üçün təməl qoyacaqdır. Sequoia Capital və Matrix Partners şirkətinin rəhbərlik etdiyi investisiya turunda, təxminən 8 ilə 10 milyon dollar arasında sərmayə bu iki VC-dən gəlib. Digər investorların arasında bir çox korporativ rəhbər işçilərin olduğu bilinir.

Milli.Az techland.az-a istinadən bildirir ki, Mumbayda yerləşən Digifin, Amica Financial Technologies-də fəaliyyətə başlayacaq. The Economic Times qəzetində yazılan məlumatlara əsasən Digifin-in qiymətləndirməsi artıq 70 milyon dollara çatıb. Qazandığı investisiya məbləğinə baxmayaraq, bank əməliyyatlarına başlamaq və davam etmək üçün daha çox nəğd maliyyə lazım olacağı bir həqiqətdir.

Digifinin hazırda Hindistanda bank lisenziyası üçün müraciət edib etməməsi məlum deyil. Ancaq Digifin fəaliyyətə başlasa, keçən il fəaliyyətə başlayan və Tencent-dən investisiya alan rəqəmsal bank təşəbbüsü olan NiYO ilə rəqabət edəcəyi məlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR