Ərdoğan və Putin arasında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları Suriyadakı vəziyyət daxil olmaqla bir çox məsələ ilə bağlı müzakirə aparıblar. Prezidentlər həmçinin oktyabrın 22-də imzalanmış Soçi memorandumuna sadiqliyi təsdiq ediblər.

Ölkə başçıları ikitərəfli əlaqələrin inkişafı, Rusiya və Türkiyə arasında ticarətin artırılması addımları ilə bağlı fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR