Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb

Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb
23:47 9 Noyabr 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb.

Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb.

Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib, xəsarət alan olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR