İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub

İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub
01:27 10 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Dnepr şəhərində keçirilən cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edib.
Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan Azərbaycan təmsilçisi İrina Kindzerska yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.
Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-rina-kindzerska-dneprde-kecirilen-yarisda-birinci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR