Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçirdirlər

Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçirdirlər
02:08 10 Noyabr 2019
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliy tərəfdarları mitinqlər və yürüşlər keçirdiblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.

"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıb. Beləliklə, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.

Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polisləri daş və digər ağır əşyalar atıblar. "Respublika Müdafiə Komitəsi"nin tərəfdarları zibil konteynerlərindən barrikadalar qurmağa başlayıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3146578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR