Avstraliyada yanğınlar zamanı 150-dən çox ev yanıb, ölənlər, itkin düşənlər var

Avstraliyada yanğınlar zamanı 150-dən çox ev yanıb, ölənlər, itkin düşənlər var
04:22 10 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyada meşə yanğınları zamanı 150-dən çox ev məhv olub.
"Report" xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti məlumat yayıb.
Qeyd edilir ki, Avstraliyanın şərq hissəsində təbii hadisə ilə əlaqədar azı 2 yerli sakin həlak olub, daha 5 nəfər itkin düşmüş hesab edilir.
Hazırda yanğınlar Sidneydən 550 kilometrdə məsafəyə çatıb.
"Yanğınlar artıq iki nəfərin həyatına son qoyub. Biz bu rəqəmin arta biləcəyini gözləyirik", - deyə Avstraliyanın baş naziri Skott Morrison bildirib.
Morrison əlavə edib ki, ölkə rəhbərliyi hərbçiləri yanğınlar zamanı zərərçəkənlərə təcili kömək göstərilməsi üçün cəlb etmək imkanını nəzərdən keçirir. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliyada-yanginlar-zamani-150-den-cox-ev-yanib-olenler-itkin-du

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR