Tramp kartlarını açıq oynayır: Ərdoğan ABŞ-ı tərk edər-etməz NATO-nun...

Tramp kartlarını açıq oynayır: Ərdoğan ABŞ-ı tərk edər-etməz NATO-nun...
08:03 10 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək.

Publika.az xəbər verir ki, görüş 14 noyabrda Ağ Evdə baş tutacaq.

Bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib. Həmçinin qeyd olunub ki, iki lider NATO üzvü ölkələrin müdafiə xərclərin artırmaları və daha ədalətli iş bölgüsü mövzularını müzakirə edəcək.

NATO ittifaqının müdafiəsi, xarici təhdidlərə qarşı gücləndirilməsi və terrorla mübarizənin davam etdirilməsi də görüşün gündəliyinə daxil edilib.

Qeyd edək ki, sözügedən toplantıdan bir gün əvvəl – 13 noyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda rəsmi səfərdə olacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/295694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR