Qarlı hava Kanadanın təkcə bir şəhərində 176 yol qəzasına səbəb olub

Qarlı hava Kanadanın təkcə bir şəhərində 176 yol qəzasına səbəb olub
08:37 10 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Alberta vilayətinin Edmonton şəhərində güclü qarın yağması onlarla yol qəzasının baş verməsinə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "Global News" telekanalı ölkənin Milli Meteobürosuna istinadən məlumat yayıb.
Qeyd edilir ki, qar noyabrın 9-a keçən gecə yağıb. Hazırda qarın hündürlüyü 20 santimetrə qədərdir. Yol polisi 176 yol qəzası qeydə alıb. Qəzalarda azı 13 nəfər xəsarət alıb.
Şəhərdə qarın təmizlənməsinə 600-ə yaxın texnika cəlb edilib. Yağıntı hələ davam edir. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qarli-hava-kanadanin-tekce-bir-seherinde-176-yol-qezasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR