İstanbulun bilinməyən onuncu adası - Vardonis - FOTO

İstanbulun bilinməyən onuncu adası - Vardonis - FOTO
08:42 10 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Doqquz adasının olduğu bilinən İstanbulun əslində 1010-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra suya çökmüş onuncu adası da var - Vardonis.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Marmara dənizində yerləşən, İstanbulun onuncu adası olaraq bilinən və təxminən 1010-cu ilin iyul ayında baş vermiş dağıdıcı yeraltı təkanlar nəticəsində suyun altına çökən Vardonis adasının havadan şəkilləri çəkilib.

Mütəxəssislər arasında Vardonisin batması ilə bağlı fikir ayrılıqları da mövcuddur. Belə ki, bəzi elm adamları adanın təxminən min il əvvəl İstanbul ərazisində baş vermiş bir deyil, bir neçə dağıdıcı zəlzələ nəticəsində batdığını ehtimal edir. Vardonisin çökməsi o zamanlar digər adalarda yaşayan əhali arasında böyük təşvişə səbəb olub. Lakin sonralar aparılan araşdırmalar İstanbulun doqquz adasının qranit qayalıqlar, Vardonisin isə allüvial təbəqə üzərində olduğu sübut edilib ki, bu da adanın batmasına səbəb olub.

İstanbulun Maltepe rayonuna təxminən bir kilometr məsafədə yerləşən, hazırda bir çox insan tərəfindən bilinməyən Vardonis adasının səthində tarixi əsərlərin olduğu bildirilir.

Tarixçilər tərəfindən "Manastır Qayalıqları", "Bostancı çökən ada" və "Höreke" adları ilə Vardonis iki kiçik adadan ibarət olub.

Bizans dövründə əsası monastırdan ibarət olan ada, eyni zamanda sürgün edilən şəxslərin saxlandığı məkan kimi də istifadə edilib.

Adanın araşdırılmasına cəlb olunan mütəxəssislər burada kilsə divarlarının hələ də mövcud olduğunu deyirlər. Onların sözlərinə görə bu növ tikililərə İstanbulun Kartal, Tuzla, Avcılar rayonlarında da rast gəlmək mümkündür.

Batmış adanın gələcəkdə dəniz turizminə açılması planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR