Bakıda gülsatan kişini apardılar - FOTO

Bakıda gülsatan kişini apardılar - FOTO
18:05 16 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının mərkəzində gülsatan kişinin aqibəti “Uzaq sahillərdə” filmindəki gülsatan qızı unutdurdu. Xatirinizdədirsə, həmin filmdəki qız güllə bahəm sirr də satırdı, amma Bakıdakı gülsatan kişi isə gündəlik çörək yollarının kəşfiyyatına çıxmışdı
Bir neçə gün əvvəl metronun "28 May" stansiyasının yaxınlığında nurani bir qoca gül satarkən polis tərəfindən kobudluğa məruz qalmışdı. Sosial şəbəkədə yayılımış fotodan da görünür ki, oğlu yaşında bir polis əməkdaşı onun üstünə hücum çəkir. Polisin kişiyə "elə eləmə ki, bu güllərdən sənə qalan 20-30 qəpiyi sənin burnundan gətirim. Özün bilirsən ki bunu necə eləyə bilərəm. Sənə 2 dəqiqə vaxt verirəm ki, buradan cəhənnəm olasan" sözlərini dinləyir, amma sanki, polisin üzünə baxmağa qorxurdu, düşdüyü vəziyyətə görə utanc hissi keçirirdi, sanki.

Bir az əvvəl oxucular Milli.Az-a məlumat verdilər ki, bir neçə polis əməkdaşı həmin gülsatan kişini maşına basaraq aparıblar. “Əvvəl iki polis ağsaqqala yaxınlaşaraq qoluna girdi. Halını soruşdu, sonra isə polis patrul maşını gəldi. İçəridən düşən 6 nəfər kişini "meşok" kimi maşına basdılar”, - deyə hadisə şahidi gördüklərini ürək ağrısı ilə dilə gətirdi. 

Məsələ ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, bölməyə elə bir adam gətirilməyib.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR