İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib

İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib
09:42 10 Noyabr 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Sultanqazi rayonunda 40 nəfərdən çox insan zəhərlənmə şikayətilə xəstəxanaya müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Cebeci məhəlləsində axşam saatlarında mövlud mərasiminə qatılan qonaqlara toyuqlu plov süfrəsi açılıb.

Dini mərasimdən az sonra əksəriyyəti qadın olan qonaqlar ürəkbulanma, qusma və mədə sancılarından şikayətlənərək xəstəxanaya çatdırılıb.

Zəhərlənmənin səbəbinin plov olduğu ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR