Fransız tələbə özünü yandırdı - “Mən ittiham edirəm”

Fransız tələbə özünü yandırdı - “Mən ittiham edirəm”
10:05 10 Noyabr 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

22 yaşlı fransız tələbə Lyon şəhərindəki bir universitet restoranının qarşısında özünə od vurub. İntihara cəhddən bir neçə saat əvvəl isə o, maddi sıxıntıları barədə Facebook-da status paylaşıb.

O, artıq ayda 450 avro ilə yaşamaq gücündə olmadığını bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bu xəbəri "BBC" yayıb.

"Gəlin bizi ayıran faşizmə ... və bərabərsizliyi yaradan liberalizmə qarşı mübarizə aparaq", - tələbə statusunda belə yazıb.

"Mən Makronu, Fransua Ollandı, Nikola Sarkozini və Avropa Birliyini məni öldürməkdə, hamının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaratmaqda ittiham edirəm. Mən Le Peni (Fransa millətçilərinin sağçı lideri Marine Le Pen) və qəzet redaktorlarını cəmiyyətdə qorxu yaratmaqda suçlayıram".

Tələbənin qız dostu sevgilisinin Facebook statusundan xəbər tutan kimi polisə məlumat verib. Ancaq polis hərəkətə keçənə kimi iş işdən keçib. Yanğınsındürənlər bildirib ki, xəstəxanaya çatdırılan tələbənin bədən səthinin 90 faizi yanıb. Bu isə ölümə bərabər vəziyyət deməkdir.

Fransız tələbələrin bu aksiyaya münasibəti böyük ehtimalla kəskin olacaq və Fransada yeni tələbə hərəkatı başlaya bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR