Çaylarda sululuq səviyyəsi dəyişdi - Nazirlikdən AÇIQLAMA

Çaylarda sululuq səviyyəsi dəyişdi - Nazirlikdən AÇIQLAMA
10:18 10 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-30 faizini təşkil edib.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 163 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Noyabrın 8-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 104 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 123 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 62 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Noyabrın 8-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 82 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Kür çayının aşağı axınında hazırki son vəziyyətə gəlincə, noyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 8-də isə 338 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 147 sm qeydə alınıb. 2018-ci il noyabrın 08-də isə bu rəqəm 187 sm təşkil edib. Salyanda suyun səviyyəsi 14 sm azalıb və 64 sm olub.

Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 137 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 37 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 8-də isə 50 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 143 sm təşkil edib, lakin 2018-ci il noyabrın 8-də 175 sm qeydə alınıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/295705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR