Angela Merkel : “Dünyada elə divar yoxdur ki...” - Almaniyanın birləşməsindən 30 il keçir

Angela Merkel : “Dünyada elə divar yoxdur ki...” - Almaniyanın birləşməsindən 30 il keçir
10:22 10 Noyabr 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel dünən Berlin divarının yıxılmasının 30 illiyi münasibət ilə keçirilən tədbirdə iştirak edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, kansler bildirib ki, bu dünyada insan azadlıqlarını məhdudlaşdıran elə bir divar yoxdur ki, əbədi qalsın. Belə divarlar nə vaxtsa darmadağın edilir. 1989-cu ildə xalq da bu divarı dağıtdı və II Dünya Müharibəsinin son nəticəsi olan ikiyə bölünmüş Almaniya yenidən birləşdi.

Məşhur Brandenburg qapısında ildönümü qeyd edən insanların önündə çıxış edən Frau Merkel deyib ki, Avropada bərqərar olan dəyərlər - azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqları - hər yerdə hər zaman müdafiə olunmalıdır. Bununla bağlı hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

Tədbirə qatılan Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın qonşularına təşəkkür edib: "Polyaklar və macarlar, çexlər və slovaklar azad olmaq üçün cəsarət nümayiş etdirməsəydi, Şərqi Avropadakı dinc inqilablar olmasaydı Almaniya yenidən birləşə bilməzdi".

Mərasimə Macarıstan, Polşa, SlovakiyaÇexiya rəhbərləri də qatılıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo mərasimdə iştirak etməyib, amma bu həftənin əvvəlində o, Berlində olmuşdu.

Mərasimdə Rusiya və Çində avtoritarizmin gücləndiyi qeyd olunub. Həmçinin,digər ölkələrdə də avtoritarizmə meyllin artığı bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR