Güclü duman səbəbindən Nyu-York-Bakı təyyarəsi Gəncə hava limanına eniş edib

Güclü duman səbəbindən Nyu-York-Bakı təyyarəsi Gəncə hava limanına eniş edib
10:32 10 Noyabr 2019
133 Digər
Ölkə mətbuatı
A- A+

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.
"Report" AZAL-a istinadən xəbər verir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.
Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunublar.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.
Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-guclu-duman-sebebinden-nyu-york-baki-reysi-ile-ucan-teyyare-ge

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR