Dünyanın ən bahalı saatı hərracda satıldı - 2 milyard dollara

Dünyanın ən bahalı saatı hərracda satıldı - 2 milyard dollara
11:05 10 Noyabr 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçrənin "Petek Philippe" şirkətinin istehsalı olan saat Cenevrədə "Only Watch" hərracında rekord məbləğə - təxminən 2 milyard dollara satılıb.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun "REN TV"yə istinadən məlumatına görə, poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

"Professional Watches" portalı qeyd edir ki, "The Grandmaster Chime Reference 6300A-010" modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR