“VAZ-21011” ilə traktor toqquşdu: 2 nəfər yaralandı

“VAZ-21011” ilə traktor toqquşdu: 2 nəfər yaralandı
11:57 10 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/801168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR