Buskets 550-yə çatdı

Buskets 550-yə çatdı
12:05 10 Noyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" İspaniya La Liqasının 13-cü turunda "Selta"nı məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 4:1 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın 23-cü dəqiqəsində Nelson Semedonun yerinə meydana daxil olan Buskets, "Barselona"da 550-ci matçına çıxıb. 31 yaşlı yarımmüdafiəçi "Barselona"da ən çox oyun keçirən 5-ci futbolçu olub.

"Barselona" tarixində ən çox oyuna çıxan Xavidir. Sabiq yarımmüdafiəçi "Barselona" formasıyla 767 qarşılaşmada iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR