40 nəfərin ölümünə səbəb olan elektron siqaretin törətdiyi fəsadların səbəbi dəqiqləşib

40 nəfərin ölümünə səbəb olan elektron siqaretin törətdiyi fəsadların səbəbi dəqiqləşib
12:37 10 Noyabr 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da 40 nəfərin ölümünə səbəb olan elekton siqaretin yaratdığı fəsadlar və onun səbəbləri məlum olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-da ağciyər xəstəliklərinə səbəb olduğu üçün 40 nəfərin ölümünə yol açan elektron siqaretlərdəki zərərləri maddənin vitamin E asetat adlı kimyəvi qatqı maddəsi olduğu üzə çıxıb.

ABŞ səhiyyə nazirliyindən verilən açıqlamada bildirilir ki, elektron siqaretlərdə istifadə edirlən E asetat adlı kimyəvi qatqı maddəsi ölkədə insanların ağciyər xərçəngi olma sayını artıra bilər.

Ağciyərə girdikdən sonra çıxmır

Nazirlik səlahiyyətliləri ölkənin 10 əyalətində elektron siqaret istifadəçisi olan 29 xəstədən alınan örnəklərin üzərində aparılan testlərdən sonra narahatlıq doğuran açıqlama veriblər. Açıqlamada qeyd edilir ki, vitamin E asetat olduqca yapışqan bir maddədir. Bu maddə elektron siqaret vasitəsilə ağciyərə daxil edildikdən sonra qəlsəmələrə hopur və oradan çıxmır.

Səlahiyyətlilər əladə edilən nəticənin böyük tapındı olduğunu bildiriblər. Nazir müavini Dr. Anne Schuchart bildirib ki, əldə edilən bu məlumatlar olduqca önəmlidir və gələcəkdə bu kimi halların baş verməməsi baxımından tibb sahəsi üçün olduqca vacib tapıntılardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR