Eyni restoran 2-ci dəfə yandı

Eyni restoran 2-ci dəfə yandı
12:42 10 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada yanğın hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident rayonun "Görüş" restoranında qeydə alınıb.

Belə ki, şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Əliyeva Ayna Əhməd qızına məxsus restoran  yanıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş" restoranı 8 ay ərzində ikinci dəfədir ki, yanır. Birinci yanğın mart ayında olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/801175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR