""Qarabağ" işimizi çox çətinləşdirdi" - Yoannu

""Qarabağ" işimizi çox çətinləşdirdi" - Yoannu
13:05 10 Noyabr 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

İkinci hissəni əla keçirdik. Uşaqları təbrik edirəm.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən müdafiəçi hələ hər şeyin bitmədiyini düşünür: "Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi, yaxşı komandadı. "Qarabağ"la bu mövsüm avrokuboklarda keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi.

Ancaq biz qələbəyə və növbəti mərhələyə layiq olduğumuzu göstərdik. Qrupumuzdakı digər komanda Düdelange da Avropa Liqasında təsadüfən olmadığını göstərib. Onlara səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR