Bakıda 22 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda 22 dərəcə isti olacaq - HAVA PROQNOZU
13:32 10 Noyabr 2019
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/801183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR