Türkmənbaşıdan maraqlı qərar - Aşqabadın mərkəzində ona heykəl qoyulacaq - FOTO

Türkmənbaşıdan maraqlı qərar - Aşqabadın mərkəzində ona heykəl qoyulacaq - FOTO
13:58 10 Noyabr 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda türkmən qoyun iti cinsi alabaya heykəl qoyulması haqda göstəriş verib.

“Azadlıq” radiosu xəbər verir ki, prezidentin sərəncamı noyabrın 6-da Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıq zamanı səslənib.

Berdıməhəmmədovu Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıqda şəhərin icra hakimi Şammuhammet Durdılıyev müşaiyət edib. Dövlət başçısına şəhərdə tikilən binaları və digər qurğuları göstəriblər. Planlaşdırılan layihələr arasında alabayın böyük heykəlinin qurulması da yer alır.

Televiziya ilə yayılmış kadrlara əsasən prezident tikinti layihələrinin çertyojları üzərində nələrisə göstərir, məmurlara nəsə izah edir. Hansısa məqamda o, barmağını alabayın monumentin tərəf tuşlayır, amma məmurlara nə dediyi məlum olmur.

Xatırladaq ki, Berdıməhəmmədov bu yaxınlarda alabay haqda kitabını hökumətin iclasında təqdim edib. Türkmənistan prezidentinin bu kitabı ilə bağlı günlərlə təntənəli mərasimlər keçirilib, musiqiçilər tezliklə türkmənbaşının alabay haqda şerinə mahnı da bəstələyiblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/295721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR