Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir

Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir
14:12 10 Noyabr 2019
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı hip-hop ifaçısı, model Kim Kardaşyanın həyat yoldaşı Kanye Uest 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində mübarizə aparmağı planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə reper Nyu-Yorkda "Fast Company Innovation Festival" innovasiyalar festivalında çıxış edərkən danışıb. Tamaşaçıların onun sözlərini gülüşlə qarşılayıb. Uest isə onlardan nəyə güldüklərini soruşub.

Qeyd edilir ki, bu, reperin prezident olmaq arzusu barədə ilk danışığı deyil. O, 4 il əvvəl də belə bir açıqlama verib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR