"İnter"in yetirməsi B Seriyasına keçdi

"İnter"in yetirməsi B Seriyasına keçdi
14:27 10 Noyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in sabiq futbolçusu Conatan Biabianinin yeni iş yeri bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu "Trapani" klubu ilə müqavilə imzalayıb. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Biabiani yeni klubu ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, "İnter"in yetirməsi olan hücumçu "Parma", "Sampdoria", "Sparta Praga" kimi klublarda da forma geyinib. O, bu ilin yayından işsiz idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR