Vüqar 144 min udmasa da, 125 min itirib

Vüqar 144 min udmasa da, 125 min itirib
14:42 10 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Vüqar Əbdülov haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Zaurla Günaydın" proqramında bir neçə gün əvvəl Topaz-da 144 min manat udması məsləsinə aydınlıq gətirib:

Bu haqda özüm də mediada eşitdim. Belə bir şey yoxdur. Topaz-da oynayıram, həvəsim var. Hərdən maraqlı oyunlar olanda, az pul qoyuram. Qoyduğum pulun üç qatını udmaq şansın olur. Amma birdəfəyə 3 min qoymaq mənim gücümdə deyil. Bilmirəm, haradan qaynaqlandı".

Vüqar dostu tərəfindən aldadılıb, 125 min manata ev aldığını etiraf edib:

"Ev məsləsi həqiqidir. Neçə il əvvəl dosdum dələduzluq edib, mənə saxta sənədlə ev satdı. Onu şəxsi tanıdığım üçün polisə də şikayət etmədim. 10 ilə yaxındır məsələ uzanır. Ev də məndə yoxdur. Bu boyda problemim var, hər yer yazdı. Bir nəfər mən zəng edib, dəstək durmadı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR